“Citibank” işçiləri robotlarla əvəzləyir

Artan robotlar və süni intellekt artıq insanların vəzifələrini demək olar ki, tamamilə yerinə yetirir. Bu bir sıra insanları narahat etsə də, yaxın beş ildə robotları iş həyatında görəcəyik. Dünyanın nüfuzlu investisiya banklarından olan “Citibank” qarşıdakı bir neçə il ərzində işçilərinin yarısını robotlarla əvəz edəcəyini açıqlayıb. Bu barədə “Webtekno.com” saytı xəbər verib.
Bankın icraçı direktoru Ceymi Foresin sözlərinə görə, robotlar texnoloji iş üçün daha funksionaldır. İnsan faktorunun tamamilə məhv edilməməsi çərçivəsində, bəzi vəzifələrdə robotların işləməsi çox şeyləri sürətləndirə biləcək. Hazırlanmış pilot layihələrdə işçi robotlar daha məhsuldar nəticə göstərib. Bu isə bir çox iş yerlərində işçi robotlar məsələsini gündəmə gətirib. 
Qeyd edək ki, qarşıdakı 13 il ərzində 800 milyon işçinin robotlarla əvəzlənməsi gözlənilir.
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında