Cümhuriyyətin yubileyinə dəyərli töhfə

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə daha bir dəyərli töhfə – filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı “XAN” nəşriyyatında çapdan çıxıb.
 
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, Azərbaycan Məclisi-Məbusanının (parlamentinin) təsis olunması haqqında qanun və onun əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, AXC parlamentinin rəsmi dili və Parlamentdə işlənən digər dillər kimi maraqlı məsələlər arxiv materialları və həmin dövrün stenoqrafik hesabatlar əsasında geniş işıqlandırılıb.
Kitabın elmi redaktoru akademik Kamal Abdullayev, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir. Bu gün Bakıda Yunus Əmrə İnstitutunda kitabın təqdimatı olacaq.
M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında