Astarada Milli Qurtuluş Günü qeyd edilib

Ulu öndər Heydər Əliyevin ideyalarının parlaq təcəssümü olan bölgələrimizdən biri də Astaradır. Burada Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbirində bu barədə ətraflı danışılıb. 
 
Heydər Əliyev Mərkəzində ümummilli liderin şərəfli və mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş etdiriləndən sonra tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açıb. O bildirib ki, 25 il bundan əvvəl yenicə müstəqillik qazanmış Azərbaycanın çətin sınaqlara çəkildiyi bir vaxtda xalqın təkidli tələbləri ilə ulu öndərin siyasi hakimiyyətə qayıdışı xalqımızı və dövlətimizi qaçılmaz bəlalardan xilas etmişdir. Çox da uzaq olmayan həmin tarixi dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi məhz xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş ulu öndər Heydər Əliyevin ağlı, zəkası ilə dirçəlmiş və inkişaf yoluna qədəm qoymuşdur. Şərəfli və mənalı həyatı boyunca hər zaman doğma Azərbaycanı, xalqını düşünmüş böyük insan bütün varlığı ilə dövlətimizin hərtərəfli inkişaf etməsi, dünyada tanınması naminə çalışmış və misilsiz işlər görmüşdür. Ümummilli liderin apardığı müdrik, təmkinli və qətiyyətli siyasətin nəticəsində ölkəmizdə qısa vaxt ərzində siyasi sabitlik yaranmış, müstəqilliyimizin başı üzərini almış təhlükə sovuşmuş, onun əbədiliyi, sarsılmazlığı təmin edilmişdir. 
Unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyasından danışan, onun adının mənəvi bütövlük və birlik rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan natiq, bu gün ulu öndərin siyasi kursunun onun layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirildiyini konkret faktlarla diqqətə çatdırıb.
Tədbirdə YAP Astara rayon təşkilatının sədri ­Firudin Əhmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Lətifə Həmidova, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, mərkəzi xəstəxananın baş həkimi Əlövsət Əliyev və şəhər 6 saylı tam orta məktəbin direktoru Elçin Mirzəzadə çıxış ediblər.
Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında