Türkiyə ordusu İraqda PKK məhv edilənədək qalacaq

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçuları üzərində tam qələbə qazanılana qədər bu ölkədə terrorla mübarizəni davam etdirəcək. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
 
Nazir antiterror əməliyyatlarının gedişatı barədə məlumat verərkən deyib ki, PKK terrorçuları İraqın şimalından Türkiyə ərazisinə aramsız olaraq hücumlar edirlər. Türkiyə hərbi qüvvələri hazırda müdafiə istehkamlarını gücləndirirlər. Onun sözlərinə görə, bundan sonra hərbi əməliyyatların növbəti mərhələsi başlanacaq. 
N.Canikli Suriyadakı vəziyyət barədə də “Anadolu” müxbirinin suallarına cavab verib. Deyib ki, ABŞ hökuməti başa düşür ki, YPG və PYD PKK terror təşkilatının törəmələridir. Bu qurumlar eyni cinayətkar şəbəkə və hərbi bazadan yararlanırlar. Əgər Vaşinqton buna əmin olmasaydı, rəsmi Ankara ilə Mənbiçlə bağlı razılığa gəlməzdi. 
Nazir sonra bildirib ki, Türkiyə və ABŞ hərbçiləri əldə olunan razılaşmaya əsasən terrorçuların Mənbiçdən çıxmasına nəzarət edirlər. Onun fikrincə, Mənbiçin yeni administrasiyası regionda məskunlaşan bütün etnik icmaların nümayəndələrindən paritet əsasında formalaşdırılmalıdır. Belə ki, yerli hökumətin tərkibində Suriyada münaqişə başlamazdan əvvəlki etnik xəritə əks olunmalıdır. Xatırladaq ki, namizədlərin siyahısı ABŞ və Türkiyə tərəfindən hazırlanır. 
N. Canikli sonda vurğulayıb ki, Mənbiçin yeni administrasiyasının formalaşdırılması prosesini ləngitmək olmaz. O deyib: “Pentaqonun rəhbəri Ceyms Mettis mənimlə görüşərkən açıq şəkildə dedi ki, bu məsələdə heç bir ləngimə olmayacaq. Bu, Türkiyə üçün olduqca vacibdir”. 
M.HACIXANLI, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında