Sergey Lavrov: Bütün Koreya yarımadası nüvəsizləşdirilməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Koreya yarımadasındakı problemləri ABŞ və KXDR arasında ikitərəfli səviyyədə həll etmək mümkün deyil. Bu barədə TASS məlumat yayıb. 
 
“Yarımadanın nüvəsizləşdirilməsinin mərhələləri və təhlükəsizlik qarantiyası da daxil olmaqla bütün problemlərin ABŞ və KXDR arasında həlli nə qədər vacib olsa da, aydındır ki, bu problemləri ikitərəfli formatda tam şəkildə həll etmək çətindir, - deyə Lavrov bəyan edib. – Altıtərəfli danışıqların bütün iştirakçıları hesab edirdilər ki, bu proses Şimal-Şərqi Asiyada sülh, təhlükəsizlik və sabitlik sisteminin yaradılması ilə başa çatmalı idi”. 
RF XİN başçısının sözlərinə görə, Moskva Sinqapurda ABŞ və KXDR arasında əldə olunmuş razılaşmaların öyrənilməsi ilə məşğuldur. İyunun 12-də baş tutmuş görüşdə ABŞ Prezidenti Donald Tramp deyib ki, çox əhatəli bir sənədə imza atılıb və Koreya yarımadasının nüvəsizləşdirilməsinə “çox tezliklə” başlanacaq. Kim Çen In isə Sinqapurda imzalanmış sənədləri “yeni start” adlandırıb və gələcəkdə “böyük dəyişikliklər” vəd edib. “Biz əldə olunmuş razılaşmaları öyrənəndə (buna hələ başlamamışıq) terminlərə və hər bir terminin ifadə etdiyi mənaya xüsusi diqqət yetirmək lazım gələcək”. 
Lavrov qeyd edib ki, KXDR və ABŞ arasındakı razılaşma haqqında danışan bir çox “şərhçilər” deyirlər, KXDR-in nüvəsizləşdirilməsinə başlanıb. “Ancaq Pxenyan özü, eləcə də biz – Rusiya, Çin və bütövlükdə beynəlxalq ictimaiyyət həmişə bütün Koreya yarımadasının nüvəsizləşdirilməsi haqqında danışmışıq. Gördüyünüz kimi, fərq böyükdür. Əlbəttə, söhbət, altıtərəfli danışıqlarda həmişə deyildiyi kimi, bütün Koreya 
yarımadası haqqında getməlidir”. 
Tramp isə bir gün əvvəl ABC telekanalına müsahibəsində bəyan edib ki, Sinqapurda Kim Çen Inla görüşərkən Koreya 
yarımadasında ABŞ-ın “nüvə çətirinin” ləğv edilməsinin 
mümkünlüyü məsələsi müzakirə edilməyib. 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında