İnstitutda magistr dissertasiyalarının müdafiəsi keçirildi

ict.az-dan verilən məlumata görə AMEA İnformasiya Texnologiyaları İnstitutunda magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş ixtisaslaşdırılmış Müdafiə Şurasının iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, AMEA Prezidentinin 10 aprel 2018-ci il tarixli “AMEA-nın II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında” Sərəncamına əsasən, İnformasiya Texnologiyaları İnstitutuna “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı”, “Kompüter mühəndisliyi”, “İnformasiya mühafizəsi və təhlükəsizliyi”, İdarəetmə Sistemləri İnstitutuna “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə 2016/2017-ci tədris ilində qəbul olunmuş magistrantların magistrlik dissertasiyalarının müdafiəsi məqsədilə rəhbərlik etdiyi qurumda ixtisaslaşdırılmış Müdafiə Şurası yaradılmışdır...

Magitrantların dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparıldı. Müzakirələrdə akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, texnika elmləri doktoru Abbas Rzayev və riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev çıxış edərək öz sual, təklif və tövsiyələrini səsləndirdilər.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad YusifovL.Nəcəfova (rəsmi rəyçi:fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Səxavət Talıbov, elmi rəhbər: AMEA-nın müxbir  üzvü Kamil Ayda-zadə), Ş.Mansurova (rəsmi rəyçi: tex.f.d. Məmməd Həşimov, elmi rəhbər: AMEA-nın müxbir üzvü R.Alıquliyev), N.Alışzadə (rəsmi rəyçi: tex.e.d. Fəhrad Paşayev, elmi rəhbər: riy.f.d., dosent Gülçin Abdullayeva), C.Əmirxanlı (rəsmi rəyçi: tex.f.d. Rəna Qasımova, tex.f.d., elmi rəhbər: dosent F.Yusifov) və E.Bağırovun (rəsmi rəyçi: tex.f.d., dosent  Ramiz Şıxəliyev, elmi rəhbər: dosent  Y.İmamverdiyev) dissertasiya işlərinə dair rəyləri nəzərə çatdırdı.

Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirildi, hər bir iş üzrə qiymətləndirmə aparıldı...

İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında