21 notariusun fəaliyyətinə xitam verilib

Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevin yeni təyin olunan notariuslarla görüşü olub.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, görüşdə dövlət başçısının andiçmə mərasimində proqram xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb.

Bildirilib ki, ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi,  fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunaraq yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib. Onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub.

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib.

Notariuslar nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında