Rusiyadan ABŞ-ın sanksiyalarına kəskin etiraz

     Rusiyanın Xarici işlər Nazirliyi ABŞ-ın Rusiya şirkətlərinə və fərdlərinə qarşı son sanksiyalarına kəskin reaksiya verərək onları ölkə üzərinə təzyiq göstərmək məqsədilə edilən “faydasız cəhd” adlandırıb.

    Strateq.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin iyunun 12-də yaydığı bəyanatda deyilir: “Vaşinqtondakılar heç cür sakitləşə bilmirlər və vətəndaşlarımızın və təşkilatlarımızın üzərinə sanksiyalar qoymaqda davam edirlər. Nəticə həmişəki kimi yenə də sıfır olacaq…”

Bəyanatda bu da vurğulanır ki, Rusiyaya qarşı sanksiyalar uğur gətirməyəcək və “ölkəni beynəlxalq meydandakı müstəqil kursunu dəyişməyə vadar edə bilməyəcək”.

    Nazirlik Birləşmiş Ştatları “terrorla və başqa real təhlükələrlə ciddi mübarizə aparmaq əvəzinə düşmənləri onların olmadığı yerlərdə yaratmaqda” ittiham edib. Bəyanatda xəbərdarlıq edilir ki, Moskva Vaşinqtonun son sanksiyalarını iyunun 12-də “Rusiya günü”ndə elan etməsini də yaddan çıxarmayacaq.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında