Yetkinlik yaşına çatmayan uşaqlar arasında uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

12 iyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü ilə əlaqədar Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində  maarifləndirmə tədbiri keçirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbir zamanı uşaqlara hüquqları izah olunub, bu və ya digər şəraitdə uşaq əməyinin istismarına məruz qalmamaları, məcburi əməyə cəlb edilməmələri üçün onlara zəruri tövsiyələr verilib. Sonra uşaqların əl işlərinə baxış olub. Qeyd olunub ki, bu Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaşayan azyaşlıların ilkin yaradıcılıq bacarıqlarının (rəsm, musiqi, rəqs və s.) formalaşdırılması üçün müvafiq işlər aparılır. Artıq onların əl işlərindən ibarət sərgilərin də təşkil olunmasına başlanılıb ki, bu da uşaqlarda özlərinə inam hissinin artmasına, öz üzərlərində daha həvəslə çalışmalarına səbəb olur.

Tədbir çərçivəsində müəssəsədəki musiqi, ingilis dili, habelə 12-15 yaş arası uşaqların sosial-psixoloji xidmətlərlə təmin edildikləri  qrup işi otaqlarına baxış olub, uşaqların idman oyunları izlənilib.

Məlumat üçün bildirək ki, ötən ildən fəaliyyət göstərən müəssisədə uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin başlıca məqsədi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların belə vəziyyətdən çıxarılması, onların digər həmyaşıdları kimi normal həyat tərzinə malik olmalarına, təlim-tərbiyə sistemi ilə əhatə olunmalarına şərait yaradılmasıdır. Həmçinin müəssisəni tərk etdikdən sonrakı dövrdə bu uşaqların daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür. İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksəriyyətinin reabilitasiyası təmin edilib. Hazırda müəssisədə 17 uşaq reabilitasiya kursu keçir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında