Musiqili Teatrın dirijoru beynəlxalq festivala dəvət alıb

İyulun  1-də  Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və “Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə “TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçiriləcək.

 Hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən bu festivalda Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tanınmış sənətçiləri iştirak edir və dünya səviyyəli klassik musiqi nömrələrini təqdim edirlər.

Bu dəfə “Prima” fondunun rəhbəri Viktoriya Yurtayeva festivala  Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijioru Orxan Həşimovu dəvət edib.

Nəzərdə tutulan proqramda Orxan Həşimov rusiyalı həmkarı Valentin Uryupin ilə Qırğızıstan Respublikasının Prezident Kamera Orkestri - “Manas”-ın müşaiyəti ilə konsertə drijorluq edəcək. 

Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda  - 2015-ci ilin may ayında Moskvada keçirilən "Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə "Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür.

Hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında