Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub

Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilmişdir. Konsert Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilib.

Konsertdən əvvəl Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin yaradılması tarixindən danışıb. Qeyd edib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanına əsasən iyunun 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunduğunu qeyd edən Məhərrəm Qasımlı hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən güclü ordu olduğunu vurğulayıb.

M.Qasımlı əlavə edib ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirib. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində strateji yüksəkliklər işğaldan azad edilib. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olunub.

Sonra konsert proqramı təqdim edilib. “Çeşmə” sazçı folklor qrupu və “Bayraq” sazçı qrupunun ifasında “Qəhrəmanı”, “Cəngi Koroğlu”, “Şahsevəni”, “Cəlili”, Ovşarı”, “Kamandar” divanisi, “Koroğlu dübeyti”, “Göyçə gözəlləməsi”, “Ağır şərili”, “İrəli, əsgər qardaşım”, “Göyçə gülü” və “Ana yurdum” saz havaları səsləndirilib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında