“3D” ev layihəsi Hollandiya

Dünyada ilk “3D” evlərin inşasına başlanılıb. Hollandiyanın Eyndhoven şəhərində hazırlanan bu layihə inşaat sektorunda “inqilab” olacaq.
Bildirilir ki, bu evlər  xüsusi nəhəng printer vasitəsilə betondan tikiləcək. Bənna işi tələb olunmayan “3D” evlərinin tikintisi ucuz başa gələcək, enerji və ekoloji baxımdan da sərfəli olacaq. Tikinti zamanı memarın layihəsinə uyğun proqramla işləyən 3D printer divar hörmək üçün betonu qat-qat tökür və sonra onu hamarlayır.
“3D” evlərinin daha bir xüsusiyyəti kabelsiz qəbuledicilər vasitəsilə işıq, istilik və təhlükəsizlik sistemlərinin tətbiqidir. Bu “ağıllı” evlər vahid idarəetmə pultu ilə asanlıqla idarə olunacaq.
Layihənin birinci mərhələsində tikiləcək beş ev 2019-cu ildə satışa çıxarılacaq. Lakin əmlak alqı-satqısı ilə məşğul olanlar bildiriblər ki, artıq bu evlərin fotoşəkillərini internet saytlarında görən 20 ailə müştəri kimi şirkətə müraciət edib.
Xəbəri BBC yayıb.
Hazırladı: 
Elçin ABBASOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında