Böyük xilaskarlıq missiyası

Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən 15 İyun – xalqımızın nicat günü. Artıq 25-ci ildönümünün qeyd etdiyimiz Milli Qurtuluş Günümüz. Doğma xalqının çağırışına heç vaxt biganə qalmayan Heydər Əlirza oğlu Əliyevin 1993-cü il iyun ayının 9-da xalqın tələbi ilə Naxçıvandan Bakıya gəlişi.
Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan bu tarixi anların şahidi Şəmsəddin Xanbabayevin (1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri, hazırda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı) dedikləri: “Prezident Əbülfəz Elçibəyin təyyarəsi iyunun 7-dən Naxçıvan hava limanında Heydər Əliyevi gözləyirdi. Baxmayaraq ki, ulu öndər hələ Bakıya getmək barədə qərar verməmişdi. İyunun 8-də saat 18 radələrində prezident Ə.Elçibəy dövlət telefonu ilə mənim otağıma zəng etdi. Onun dönə-dönə düz 3 dəfə təkrar edərək dediklərini çox aydın şəkildə eşitdim: “Qoy, Bakıya gəlsin, onun ayağının altında qurban kəsərəm. Qardaş qırğını başlayır, Azərbaycan parçalana bilər. Heydər Əliyev indi də gəlməyib nə vaxt gəlməlidir?!”. Elçibəyin telefon zəngi barədə məlumat vermək üçün dərhal ulu öndərin iş otağına gəldim və eşitdiklərimi olduğu kimi ona danışdım. O diqqətlə məni dinlədikdən sonra “Şəmsəddin, bir də təkrar elə” dedi. Mən təkrar etdim. Ayağa durub kabinetdən çıxmaq istəyirdim ki, o məni saxlayaraq, “Şəmsəddin, hər şeyi olduğu kimi bir də danış” dedi. Mən eşitdiklərimi yenidən təkrar etdim.
Ulu öndər Azərbaycanda yaranmış mürəkkəb hərbi-siyasi vəziyyəti aradan qaldırmaq və qardaş qırğını təhlükəsinin qarşısını almaq məqsədilə iyunun 8-də axşam Bakıya dönmək barədə qərar verdi və mənə tapşırdı ki, Şəmsəddin, sən aidiyyatı şəxslərlə danış, bizim təyyarə Ermənistan üzərindən deyil, İran üzərindən uçsun. Özün də hazırlaş, mənimlə Bakıya gedəcəksən. Təbiidir ki, mən də onun adından müvafiq şəxslərlə danışaraq məsələni həll etdim. İyunun 9-da saat 11-də ulu öndər Ali Məclisin binasından çıxaraq hava limanına gedərkən Ali Məclisin qarşısına toplaşmış 50 mindən çox insan onu yola salmağa gəlmişdi. Toplaşanlar arasında muxtar respublikanın demək olar ki, bütün rayonlarından gələn çoxsaylı insanlar var idi. Qadınlarla yanaşı, hətta bəzi kişilər də ağlayırdı. İnsanlar sanki qorxurdular ki, bu gedişlə Heydər Əliyev Naxçıvansız, Naxçıvan isə ulu öndərsiz qalacaq. Əsas o idi ki, bu insanların hamısı sevindiyindən ağlayırdılar. Hamı yaxşı bilirdi ki, o, Bakıya getməklə qardaş qırğını dayanacaq və Azərbaycan parçalanmaqdan xilas olacaq.
Naxçıvandan Bakıyadək 
1 saat 5 dəqiqəlik uçuş zamanı mən təyyarədə masa arxasında ulu öndərlə üzbəüz oturmuşdum. O, yol boyu söhbət edirdi. Hərdən bir də fikrə gedirdi. Hiss edirdim ki, ulu öndər belə anlarda daha çox məhz qarşıdakı görüşlər, müstəqil Azərbaycanın son dərəcə ağır vəziyyətdən necə çıxarılması barədə düşünür. O vaxtdan 25 il keçir və hər dəfə həmin tarixi anı xatırladıqca özümü çox xoşbəxt hesab edirəm. 
Bakı hava limanında gözlədiyimizdən qat-qat artıq insan ulu öndəri qarşılamağa gəlmişdi. Baxmayaraq ki, o zamanlar ölkə rəhbərliyində buna mane olmaq istəyənlər kifayət qədər çox idi. Görünür, ümummilli lideri qarşılamağa gələn insan axınına heç kim və heç bir vasitə ilə mane ola bilməmişdi. Bu, ölkənin ən çətin anında xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürərək, şərəflə yerinə yetirən xalqımızın dahi oğlu, ulu öndər Heydər Əlirza oğluna olan sonsuz ümumxalq məhəbbətinin əyani təzahürü idi. Tanrıma minnətdaram ki, Azərbaycanın o şanlı tarixinin dönüş nöqtəsi olan həmin tarixi anların şahidi olmağı mənə də nəsib edib”.
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında