“Очень полезная газета” çox zərərli işlərlə məşğul imiş

Smolenskdə çıxan “1000 советов” -- “Min məsləhət” adlı qəzetin (bu mətbuat vasitəsinin loqosunun altında yazılır ki, çox xeyirli qəzetdir) məsləhətləri əməlli-başlı təhrikçilik, təxribatçılıq  və düşmənçilik çağırışları ilə doludur.

Ayda iki nömrəsi çıxan, Rusiyadan başqa Pribaltika və Mərkəzi Avropa ölkələrində də yaymlanan bu qəzetin 9-cu nömrəsi (may, 2018-ci il) sovet xalqının faşizm üzərindəki qələbəsinin növbəti ildönümünə həsr edilib. Əslində, yaxşı təşəbbüsdür. Ancaq qəzetin təsisçisi və sahibi Yuri Çepikovun başının üstündə olan Artyom Nikolayeviç adlı erməni bu yaxşı təşəbbüsü zibilə döndərib.

Belə ki, qəzetin son səhillərindən birində verilən “Символы на лацканах” ( “Yaxalıqdakı rəmzlər”) adlı yığcam materialda bilərəkdən və bəlkə də azərbaycanlılara  düşmənçilik məsədilə  dövlətimizin və xalqımızın heysiyyatı ilə oynayırlar.  9 May Qələbə Gününün MDB ölkələrində necə qeyd edildiyi barədə hazırlanmış materialda Özbəkistan, Qazaxıstan, Qırğızıstan və ... Dağlıq Qarabağ haqqında məlumatlar verilir. Özü də necə?

Şərəfsizcəsinə yazırlar: “ 9 May  Ermənistanda və Dağlıq Qarabağda üçqat bayram edilir. Birinci, faşizm üzərində Qələbə Günü, ikinci, Şuşanın işğaldan azad edilməsi günü, üçüncü, Ermənistan müdafiə ordusunun formalaşdırıldığı gün”.

Fikrimizcə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya Federasiyasında çıxan bu qəzetin tutduğu yol rəsmi Moskvanın mövqeyi ilə üst-üstə düşmür.

Amma o da var ki, bu səhvə görə bizim irad tutacağımız Rusiya  rəsmiləri bildirəcəklər ki, hansısa müstəqil qəzetin sarsaq fikirinə görə dövlət məsuliyyət daşımır. Ona görə də biz həmin zərərli qəzetin ünvanını Azərbaycan oxucularına çatdırırıq ki, özünü müstəqil adlandıran redaksiyaya bizim müstəqil vətəndaşlarımız etiraz etsin və ya münasibət bildirsinlər.

Beləliklə: Смоленская обл., город Смоленск, ул. Вяземская, дом 3.

Hazırladı:
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında