Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən sərgi

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin (ACX) yaranmasının 100 illiyi ilə əlaqədar sərgi açılıb. Sərgi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 25 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən təşkil edilib.

www.science.gov.az saytı yazır ki, sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” (I və II cild), “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “İstiqlalın əzablı yolu”, “Azərbaycan Cümhuriyyəti”, “İstiqlal yürüşü - 1918”, “Azərbaycan Demokratik Respublikası: 1918-1920” və digər kitablar nümayiş olunur. Həmçinin AXC-nin 100 illik tarixindən bəhs edən və müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar ziyarətçilərə təqdim olunur.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında