M. Ə. Rəsulzadənin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş məktubları

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə yazdığı və muzeyə hədiyyə edilmiş 29 məktubunun təqdimatı olub.

www.science.gov.az saytının məlumatına görə, təqdimat mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək tədbirin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində keçirildiyini bildirib. Alim muzeydə AXC ilə bağlı geniş elmi araşdırmaların aparıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov təqdimatı keçirilən məktubların 1950-1955-ci illəri əhatə etdiyini söyləyib. O, bu məktubların muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunduğunu və Türkiyədə mühacirətdə yaşadığı illərdə həm ədəbiyyatçı, həm jurnalist, həm də publisist kimi fəaliyyət göstərdiyini deyib. F.Cabbarov M.Rəsulzadənin məktublarda Azərbaycan mühacirətinin qarşısında duran vəzifələr haqqında fikirlərini S.Təkinərlə bölüşdüyünü, onun yaradıcılığına dair mülahizə və tövsiyyələrini bildirdiyini diqqətə çatdırıb.

Daha sonra məktubları muzeyə hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla Deqner çıxış ediblər. Sonda “Əzablı yollarla” filmindən S.Təkinərin M.Rəsulzadə ilə görüşündən fraqmentlər göstərilib. 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                    

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında