17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü

Hər il 17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

 

www.science.gov.az saytı yazır ki, bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilir. Beləliklə, BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Hər kəs üçün süni intellektdən istifadənin müsbət nəticələrinin təmin olunması” mövzusuna həsr edilib. 15 may 2018-ci il tarixində İsveçrənin Cenevrə şəhərində, BTİ-nin qərargahında bu günə həsr olunmuş “Süni intellektin üstünlükləri” mövzusunda II Ümumdünya Sammiti öz işinə başlayıb. Tədbirdə əsas diqqət Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafı sahəsində hədəflərinə nail olunmasının sürətləndirilməsi üçün süni intellektin potensialından istifadə olunmasının təmini məsələlərinə ayrılıb.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında