Misir səfiri Şərqşünaslıq İnstitutunda olub

www.science.gov.az saytında verilən məlumata görə, Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adil İbrahim Əhməd İbrahim AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir əvvəlcə institutun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

Görüşdə G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. O, Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan danışaraq, ərəb mənbələrində Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. Alim institutda Misirlə bağlı aparılan tədqiqatlardan və bu elm müəssisəsinin Misirlə əlaqələrindən bəhs edib.

Adil İbrahim Əhməd İbrahim isə öz növbəsində ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşən səfir Azərbaycan və Misir xalqlarını birləşdirən çoxsaylı tarixi, dini, mədəni dəyərlərin, iqtisadi əlaqələrin, dostluq və həmrəylik bağlarının olduğunu bildirib. O, elmi əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olacağına əminliyini ifadə edib.

Sonda səfir Adil İbrahim Əhməd İbrahim şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

I.Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında