2 dəfə dağıdılmış, 44 dəfə işğal edilmiş müqəddəs şəhər - QÜDS

kulis.lent.azdan aldığımız məlumata görə, Qüds və ya Yerusəlim — dünyanın ən qədim şəhərlərindən biridir. Həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir. Qərb və yəhudi mənbələrində Beytül-Müqəddəs adı ilə də tanınır.

Müsəlmanlar üçün Qüds ilk qiblə olan Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsaqı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

Xristianlıqda Yerusəlimin müqəddəsliyi məsələsi Əhdi-Cədiddə təsvir olunmuş İsanın çarmıxa çəkilməsi hadisəsi ilə daha da möhkəmləndirilmişdir. İslam aləmində Yerusəlim Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhər sayılır. İslam ənənəsinə görə b.e.-nın 610-cu ilində Yerusəlim İslamın ilk qibləsi olmuş və Məhəmməd peyğəmbər Merac zamanı orada peyğəmbərlərə namaz qıldırmışdır.

Dəfələrlə dağıdıldığına görə cəmi 0.9 kv km sahəyə malik olan Qədim şəhərdə Qərb divarı, Qübbətüs-Səhra və Məscidül-Əqsa ilə birlikdə Məbəd dağı, həmçinin Müqəddəs Qəbir kilsəsi kimi böyük dini əhəmiyyətli abidələr yerləşir. Qala divarlarından kənarda isə Məzar bağı yerləşir.

Yerusəlim sözünün etimologiyası şəhərin qoruyucu tanrısı Şalimə gedib çıxır və şalom, salam sözü ilə əlaqələnir. Bu sözlə yəhudi dilindən, həmçinin ərəbcədən tərcümədə (salam) “sülh” mənasına gəlir. Mütəxəssislərin fikrincə Yeru – semitcə bünövrə olarsa, o zaman Yerusəlim “Sülh şəhəri”, “Təhlükəsiz şəhər” mənasına gələr. Tarixi boyunca ən azı 2 dəfə tamamilə dağıdılmış, 23 dəfə mühasirəyə alınmış, 52 dəfə hücuma məruz qalmış və 44 dəfə işğal edilmiş şəhərin adının belə mənalandırılmağı düşündürücüdür, yozumludur. Təxminən belə: “Əgər Yerusəlimdə sülh olarsa, dünya xilas olacaq.”

İ.Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında