AXC-nin 100 illiyinə həsr olunmuş kitablar MEK-də

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin “Aлимардан бек Tопчибашев Aрмянский фактор в Бакинский событиях 1905-1906 и 1918гг.”, “Aзербайджанские погромы в Шемахе 1918 год” və “Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” adlı kitabları daxil olub. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxandan məlumat verilib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) görkəmli simalarından Əlimərdan bəy Topçubaşovun "Paris arxivi sənədləri" əsasında tərtib edilmiş “Aлимардан бек Tопчибашев Aрмянский фактор в Бакинский событиях 1905-1906 и 1918гг.” kitabı 1905-1906 və 1918-ci illərdə daşnak erməni birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı əks etdirir.  “Aзербайджанские погромы в Шемахе 1918 год” monoqrafiyasında isə ermənilərin 1918-ci ilin mart-iyun aylarında Azərbaycan kəndlərində törətdikləri kütləvi qırğınların, yanğın və dağıntıların miqyası və mənzərəsi təsvir olunub.  Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə səfiri və səlahiyyətli naziri olmuş Əlimərdan bəy Topçubaşovun qeydləri əsasında hazırlanmış “Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)” adlı kitab isə Azərbaycan Xalq Cümhuriyyəti diplomatiyasının ilk addımlarını əks etdirən sənədlərdən bəhs edir.

Hər üç nəşr  MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında