ABŞ-dan İrana daha bir zərbə:Avqustdan bu ölkəyə dollar satışı dayandırılacaq

Birləşmiş Ştatlar İran Mərkəzi Bankının sədrinə sanksiyalar qoyub. Vaşinqton onu “terrorçu fəaliyyətlərə dəstək verməkdə” ittiham edir. Bu barədə Strateq.az saytı yazır.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin mayın 15-də İran MB-nin sədri Vəliullah Seifə və həmin bankın başqa bir rəsmisi Əli Tərzəliyə sanksiyalar elan etməsi o deməkdir ki, onlarla biznes əməkdaşlığına girən şəxs və şirkətlər ABŞ-ın maliyyə sistemindən məhrum edilə bilərlər.

Bu iki bank rəsmisinin adı “qlobal terrorçular” siyahısına daxil edilib və onlar İran İslam İnqilabı Keşikçilərinin adından Livandakı “Hizbullah”ın dəstəklənməsi üçün milyonlarla dolları köçürməkdə ittiham olunurlar.

ABŞ maliyyə naziri Stiv Mnuçinin bəyanatında deyilir ki, İran Mərkəzi Bankı rəhbərinin Hizbullah kimi qruplaşmalara maliyyə dəstəyi verməsi “rüsvayçı olsa da, təəccüblü deyil”. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında