Levan İzoriya: “NATO-ya tamhüquqlu üzvlük Gürcüstanın əsas məqsədidir”

APA-nın məlumatına görə, Gürcüstanın müdafiə naziri Levan İzoriya Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda bildirib ki, NATO-nun tamhüquqlu üzvü olmaq Gürcüstanın əsas məqsədidir.

Nazir qeyd edib ki, Gürcüstan NATO-ya inteqrasiya istiqamətində əhəmiyyətli irəliləyişə nail olub: “Gürcüstan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib. Biz Türkiyənin Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı böyük dəstəyini görürük. Buna görə Türkiyəyə təşəkkür edirik”.

 

L. İzoriya bildirib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti ölkənin NATO-ya üzvlüyünün tərəfdarıdır: “Gürcüstanda bunun əleyhinə olan və Rusiya meyilli toplum da var, lakin onların sayı azdır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında