Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Xalqımız bu prosesdə nəinki dövlət başçısını seçdi, eyni zamanda Vətənimizin daha da qüdrətlənməsinə aparan yolun davamına səs verdi. Azərbaycan jurnalistlərinin Prezident seçkilərinin nəticələrinə verdiyi qiymət məhz bundan ibarətdir.

Təbrikin davamında deyilir:

--Möhtərəm cənab Prezident, Sizin Azərbaycana rəhbərliyiniz vətəndaş rifahının, ictimai asayişin və sabitliyin qorunması ilə yanaşı, ölkədə söz azadlığının dərinləşməsinə, plüralist fikrin sərbəst ifadə edilməsinə yönələn demokratik dəst-xəttin inkişafı baxımından mühüm şərtdir. Həyata keçirdiyiniz media siyasəti də buna söykənməklə kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının gücləndirilməsini, jurnalistlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını, ümumən jurnalistikanın dövlət idarəçiliyindəki funksiya və vəzifələrinin dolğun şəkildə vurğulanmasını nəzərdə tutur.

Media təmsilçilərimiz bunu daim yüksək qiymətləndirir, Sizin onlara dost münasibətinizə böyük dəyər verirlər. Jurnalistlərin Prezidentlə dostluğu həm də bənzərsiz tərəfdaşlıq örnəyi, dövlətimiz və xalqımız naminə səmərəli işbirliyinin təkrarsız nümunəsidir: “11 aprel qələbəniz bu nümunənin cəmiyyətimizə gələcək faydaları üçün müstəsna təminatdır.

Məktub bu sözlərlə bitir: “Möhtərəm cənab Prezident, seçkilərdə qalib olmağınız münasibəti ilə Sizi təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!”

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında