Suriya ordusu iki hərbi bazaya endirilmiş raket zərbələrini dəf edib

Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrədəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

"Report" az saytı xəbər verir ki, bu barədə "Al Ekhbariya" telestansiyasına respublikanın Hərbi Qüvvələrindəki mənbə bildirib.

Məlumata görə, Suriya zenitçiləri Şayrat ətrafında 6, Dumeyrəyə uçan daha 3 raketi vurublar.

"Al Masdar" portalının məlumatına görə, hərbi bazalara İsrailin Hərbi Hava Qüvvələri Livanın səmasından hücum ediblər. Lakin bu məlumat hələlik Dəməşq tərəfindən rəsmən təsdiqlənməyib. 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında