İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz edən nümayişçilər mərkəzi küçələri bağlayıblar

Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər “Vətəndaş müqaviləsi” Partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə etirazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıblar. Baqramyan və Maştos prospektləri, eləcə də Abovyan, Moskovyan, Saryan küçələri bağlanıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub.  

N. Paşinyan narahatlığa görə paytaxt sakinlərindən üzr istəyərək bildirib ki, siyasi aksiya keçirilir: “Biz bu cür kiçik narahatlıqla Serj Sarkisyan adlı daha böyük narahatlığın qarşısını almaq istəyirik”.  

“Lragir.am” saytının məlumatına görə, Geratsi və Koryun küçələrinin kəsişməsində “Mercedes” və “Hammer” avtomobilləri ilə gələn mülki geyimli şəxslər aksiya keçirən tələbələrə hücum ediblər. Onlar iştirakçıları döyərək təhqir ediblər.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında