AZAL və Azərbaycan Turizm Assosiasiyası “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi tərəfdaşları ilə görüş keçirmişdir

Azərbaycanın milli aviadaşıyıcısı və Azərbaycan Turizm Assosiasiyası (AzTA)  AZAL aviaşirkətinin rəsmi tərəfdaşları və agentləri ilə görüş keçirmişdir.        

Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev aviaşirkətin, həmçinin ilk milli loukoster “Buta Airways”in qaydalarında  edilmiş mühüm dəyişikliklər və yeniliklər barədə danışmışdır. Turizm şirkətləri və satış üzrə agentliklərin istək və təklifləri dinlənilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, görüşdə, həmçinin Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Səmərəli görüşün yekunlarına əsasən AZAL ən fəal tərəfdaşları və agentlərini təltif etmiş, lider turizm agentləri beşliyinə isə adlı sertifikatlar təqdim olunmuşdur. Belə görüşlərin bundan sonra da müntəzəm xarakter daşıyacağı qeyd olunmuşdur.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında