Təhrir meydanında ABŞ əleyhinə etiraz aksiyası

ABŞ, Fransa və Böyük Britaniyanın Suriyanı bombardman etməsinə qarşı  İraqda etiraz aksiyası keçirilib. Bu barədə “Lenta.ru” məlumat yayıb.

Mənbə qeyd edir ki, Bağdadın Təhrir meydanına toplaşan minlərlə iraqlı ABŞ-ı müstəqil dövlətlərin daxili işlərinə qarışmaqda ittiham ediblər. Aksiya iştirakçıları vurğulayıblar ki, Amerika İraqın kütləvi qırğın silahına malik olmasını bəhanə gətirərək ölkəni bombardman etdi. Lakin sonradan məlum oldu ki, Səddam Hüseynin rəhbərlik etdiyi İraqda nüvə silahı olmayıb.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara müraciət edərək ABŞ-ın beynəlxalq hüquq normalarına hörmətsiz yanaşmasını qınamalarını tələb edib.

Qeyd edilib ki, Suriyanın kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübutun olmadığı təqdirdə bu ölkənin bombalanması açıq-aşkar şəkildə beynəlxalq hüququ tapdalamaq deməkdir.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında