Şimali və Cənubi Koreya prezidentlərinin görüşü canlı yayımlanacaq

Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İnin görüşü aprelin 27-nə planlaşdırılır və internet vasitəsilə birbaşa efirdə yayımlanacaq. Bu barədə aprelin 16-da Cənubi Koreya prezidentinin mətbuat katibi Yun Yön Çan bəyan edib. Məlumatı TASS verib.

“Koreya Respublikasının hökuməti tarixi sammitə həsr olunmuş xüsusi veb-sayt açacaq”, - deyə Yun Yön Çan izah edib. Onun sözlərinə görə, sayta daxil olanlar birbaşa efirdə sammitin gedişini izləmək imkanı əldə edəcəklər ki, bu da görüşün əvvəlki təmaslardan daha “şəffaf” olmasını təmin edəcək. Xatırladaq ki, iki Koreya lideri arasında 2000-ci və 2007-ci illərdə iki görüş keçirilib.

Yun Yön Çan deyib ki, sammitlə bağlı sayt öz işinə aprelin 17-dən başlayacaq və hər iki ölkənin vətəndaşları burada danışıqlara hazırlığın gedişi, son xəbərlər, ekspertlərin mülahizələri, foto və video materiallarla tanış ola biləcəklər. Portal doqquz xarici dildə - ingilis, Çin, yapon, fransız, ispan, alman, rus, ərəb və Vyetnam dillərində yayımlanacaq.

Qeyd edək ki, Cənubi Koreya nümayəndələrinin bundan əvvəl martın 5-də Pxenyanda KXDR lideri ilə baş tutmuş görüşündə prezidentlər arasında yüksək səviyyəli danışıqların aprelin 27-də keçirilməsi razılaşdırılıb. Həmin görüşdə Şimali Koreya lideri ABŞ Prezidenti ilə də analoji görüşə hazır olduğunu bildirib. Bəzi məlumatlara görə, KXDR Prezidenti Kim Çen Inın ABŞ-ın dövlət başçısı Donald Trampla görüşü bu ilin mayında, yaxud iyununda keçirilə bilər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında