Makron: Fransa Suriya rejiminə qarşı müharibə elan etməyib

Fransa Prezidenti Emmanuel Makron dövlət başçısı vəzifələrinin icrasının birinci ildönümü ərəfəsində bu ölkənin iki təcrübəli telejurnalistinə geniş müsahibə verib. Fransa lideri daxili və xarici siyasətlə bağlı bir sıra aktual məsələləri şərh edib. Bu barədə “France-24” telekanalı məlumat yayıb. 

Qeyd edək ki, müsahibə gözlənildiyi kimi, kifayət qədər maraqlı və kəskin  suallarla müşahidə olunub. Yeri gəlmişkən, sualların çoxu Fransanın bu günlərdə ABŞ və Britaniya ilə birlikdə Suriyanı raket atəşinə tutması ilə bağlı olub.

Prezident Makronun BMT-nin müvafiq qətnaməsi olmadan Suriya paytaxtına raket zərbələri endirilməsinə əmr verməsi ölkə daxilində birmənalı qarşılanmayıb. Digər tərəfdən, dövlət başçısı bu məsələ ilə əlaqədar Fransa parlamentinin razılığını da almayıb.

Lakin prezident özünün haqlı olduğunu sübut etməyə çalışaraq deyib ki, kimyəvi silahdan istifadə edən qəddar Əsəd rejiminin cəzalandırılması zəruri idi. Onun sözlərinə görə, beynəlxalq hüquq buna imkan verir və bu, Əsədə və diktatorlara bir mesaj olmalıdır. 

Fransa lideri, bununla  bərabər, ölkəsinin Suriyaya müharibə elan etmədiyini bildirib. O, dünyanın böyük dövlətlərini  7 ildir davam edən amansız münaqişənin sülh, danışıqlar yolu həlli üçün daha çox səy göstərməyə çağırıb. Makron həmçinin bildirib ki, Dəməşqə hava zərbələri endirilməsindən əvvəl ABŞ Prezidenti Donald Tramp ilə müzakirələr aparıb və onu Amerikanın Suriyada daha uzun müddətə qalmasının vacib olduğuna inandırmağa çalışıb.

Ağ evin mətbuat xidmətinin rəhbəri Sara Sanders E.Makronun müsahibəsindən dərhal sonra mediaya açıqlamasında deyib: “Prezident Tramp aydın şəkildə bildirib ki, ABŞ əsgərləri Suriyadan mümkün qədər tez evlərinə qayıdacaqlar. Bu mövqe dəyişməz qalır. Biz həmçinin ümid edirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sabitliyi qorumaq üçün hərbi və maliyyə məsuliyyətlərini daha çox öz üzərlərinə  götürəcəklər.

Fransa Prezidenti bu ilin mayında Rusiyaya səfər etmək planlarının dəyişmədiyini bildirib. Bundan başqa, dövlət başçısı ölkə daxilində sosial islahatları davam etdirməkdə israrlı olduğunu vurğulayıb.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında