“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib. Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

www.science.gov.az saytı yazır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, rəsədxananın direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək Elmin İnkişafı Fondu tərəfindən ölkəmizdə elmin inkişafını və təbliğini təmin etmək məqsədilə müxtəlif müsabiqə və layihələrin həyata keçirirldiyini diqqətə çatdırıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli tədbir iştirakçılarına 1987-ci ildə Moskva şəhərində yerləşən Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayiş olunmuş əsərləri haqqında məlumat verib.

Tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin videoçarxları nümayiş olunub.

Sonda müsabiqədə fərqlənən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomu və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında