Xadimə idi, 38 yaşında fabrik sahibi oldu

Malatyada yaşayan 38 yaşındakı qadın, illər öncə xadimə olaraq işə başladığı tekstil sektorunda indi fabrik sahibəsi oldu. Qurduğu fabrik ilə sahibkar qadın bütün qadınlara örnək oldu.

Bizplus.az bildirir ki, 38 yaşındakı Şehriban Şahin, imkansızlıqlar səbəbi ilə məktəbinə davam edə bilmədiyinə görə 1992-ci ildə işləməyə başladı. Bir tekstil fabrikində işə başlayan Şahin, burada təmizlik işləri başda olmaqla bir çox şöbələrdə vəzifə aldı. Xadimə olaraq işləməyə başladığı fabrikdə zamanla avadanlıqlardan istifadə etməyi öyrənən Şahin, işləmək əzmi ilə qısa zamanda tekstil sektorunda iş təcrübəsi əldə etdi.

Parça istehsalındakı bütün maşın və avadanlıqları öyrənən və sanki bir usta olan Şahinin bu uğurlarını görməzdən gəlməyən direktorları onun vəzifəsini müdürlüyə qədər qaldırdı. "Əgər bu işi edə bilirəmsə, niyə öz işimin müdiri olmuram?" deyən Şahin, 2007-ci ildə artıq ixtisaslaşdığı sektorda iş yeri açmağı hədəflədi. Bir tərəfdaşı balaca bir tekstil atelyesi quran Şehriban Şahin, bir müddət belə çalışdıqdan sonra 2017-ci ildə "artıq böyümə vaxtıdır" deyərək 2 min kvadratmetr bir fabrik aldı.

"Organize Sanayi" bölgəsində dayısı ilə birlikdə tekstil fabriki quran Şahin, indi yanında 5 şəxsə iş verməkdədir. Qısa zaman ərzində yaşadığı uğuru danışan Şahin, bir qadın olaraq tekstil sektorunda var olmanın çətin bir iş olduğunu qeyd edir.

"Amma düşünürəm ki, insanlar işləmək istəyərsə bacarmayacaqları bir şey yoxdur"

İşləməyi sevən biri olduğunu ifadə edən Şahin, əldə etdiyi uğuru isə "Qadın istəyərsə hərşeyi bacarır" cümlələri ilə tamamlayır. Hal hazırda "Organize Sanayi" 2 min kvadrat metrlik parça fabrikində 5 avadanlığının olduğunu, ancaq qısa müddət sonra müəssisəni böyütməyi hədəflədiklərini deyən Şahin, fabrikində avadanlıqların vaxtlı vaxtında təmir və baxımınını belə özünün etdiyini deyir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında