“Gəncə-Avropa Gənclər Paytaxtı-2016” ölkə Prezidentinin seçkidə qələbəsini bu cür qeyd etdi...

Azərbaycan Respublikasında aprelin 11-də keçirilən növbədənkənar Prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən ölkə Prezidenti seçilməsi Gəncədə böyük coşqunluqla qarşılanmışdır. Şəhərin Baş meydanında gecədən xeyli keçənədək davam edən şənlikdə on minlərlə şəhər sakini iştirak etmiş, böyük atəşfaşanlıq olmuşdur. Əmək kollektivlərində, tədris müəssisələrində və digər yerlərdə keçirilən tədbirlərdə maraqlı çıxışlar olmuş, hərə bu möhtəşəm qələbəni rəngarəng proqramla qeyd etməyə çalışmışdır.

“Gəncə – Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi də cənab İlham Əliyevin qələbəsini özünəməxsus şəkildə qeyd etmək üçün şəhərdəki Gəncələnd İstirahət və Əyləncə Mərkəzində gənclərin iştirakı ilə fləşmob və konsert proqramı təşkil etmişdir.

“İLHAMLA İRƏLİ” şüarı altında təşkil olunan konsert proqramını “One step” qrupu və Dj Xaliq Bağırov müşayiət edib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

                  

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında