Leyla Əliyeva 76 il əvvəl həlak olmuş azərbaycanlı döyüşçünün xatirəsini yad edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçü İbrahim Vəliquliyevin qohumu ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı  Leyla Əliyeva 1942-ci ilin payızında Leninqrad (Sankt-Peterburq) şəhəri yaxınlığında itkin düşmüş həmvətənimizin əşyalarını onun yaxın qohumu - qardaşı oğlu Abay Abbasova təqdim edib.

Qeyd edək ki, İbrahim Abbas oğlu Vəliquliyevin cəsədinin qalıqları Rusiyanın “Dobrovolets Politex” axtarış qrupu tərəfindən Neva çayı yaxınlığında tapılıb. Əslən Şamaxı rayonunun Dağkolanı kəndindən olan igid həmvətənimizin cəsədinin qalıqları Sankt-Peterburq yaxınlığında yerləşən “Nevskiy Pyataçok” memorialında dəfn edilib. Onun üzərində tapılan medal və sənədlər Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğuna təqdim olunub.

Tapılan əşyalar Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mərhumun Azərbaycandakı qohumuna təqdim edilməsi üçün ölkəmizə gətirilib.

Söhbət zamanı Leyla Əliyeva Böyük Vətən müharibəsi zamanı həyatlarını qurban vermiş azərbaycanlıların xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. O, həmin müharibədə 300 min övladı həlak olmuş Azərbaycan xalqının faşizm üzərində Qələbəyə böyük töhfə verdiyini vurğulayaraq, bütün şəhidlərimizin qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında