Müşahidəçilər razılıq edirlər

8 saylı Binəqədi 1-ci seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə üçün lazımi şərait yaradılıb və bütün  zəruri avadanlıqlarla təmin edilib. Məntəqədə səs vermək üçün 1424 seçici qeydə alınıb. Məntəqənin sədri müxtəlif seçkilərdə məntəqəyə rəhbərlik etmiş, bu sahədə zəngin təcrübəyə malik Dilbər Səmədovadır.

Məntəqə sədri məlumat verərək bildirdi ki, məntəqədə səs verəcək seçicilərin 20 nəfərinin yaşı 80-dan yuxarıdır. İlk səsverənlər isə 5 nəfərdir.  

 Veb- kamera quraşdırılmış məntəqə açılandan seçimlərini etməyə gələn seçicilərin xüsusi aparatlarla sol əllərinin baş barmaqları yoxlanılır və gözə görünməyən mürəkkəblə işarələnirdi. Sonra onlar şəxsiyyət vəsiqələri əsasında qeydiyyatdan keçir, bülleten alaraq səsvermə kabinələrində seçimlərini edib bülletenləri şəffaf qutulara atırdılar.

Diqqətimi müşahidəçilərin hamısının qadın olması cəlb etdi. Məntəqə sədri bildirdi ki, ildən ilə müşahidəçilərin sayında qadınların faizi artır.

BAXCP-nin nümayəndəsi Süsən Əhmədova seşki məntəqəsində nizam- intizama riayət olunduğunu, seçiciyə təzyiq, təsir edilmədiyini bildirdi. Seçki prosesini izləyən digər müşahidəçi –ADP-ni təmsil edən Kifayət Quliyeva  də onun sözləri ilə razılaşdığını bildirdi.

Müxtəlif partiyaları təmsil edən digər müşahidəçilər də səsvermə prosesində qanun pozuntusuna yol verilmədiyini, insanların sərbəst şəkildə səs vermələrinə şərait yaradıldığını bildirdilər.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında