Bizə belə gözəl evlər, məktəblər bəxş etdiyinə görə Prezidentimizə minnətdarıq

Yeni ilin başlanğıcında kəndimizdə çoxlu sayda evlər təhvil verilmişdir. Sevincimizin həddi-hüdudu yoxdur.

Yeni ilin başlanğıcında kəndimizdə çoxlu sayda evlər təhvil verilmişdir. Sevincimizin həddi-hüdudu yoxdur. Mənim üçün isə bu gün ikiqat bayramdır.

Çünki ötən ilin mayında baş vermiş zəlzələdən zərər çəkmiş sakin kimi həm təzə evə sahib olmuşam, həm də kəndimizdə çox gözəl məktəb binası tikilib istifadəyə verilmişdir. Mən həmin məktəbdə çalışıram, müəlliməyəm. Bizə belə gözəl evlər, məktəblər bəxş etdiyinə görə Prezidentimizə kəndimizin ziyalıları adından dərin minnətdarlığımı bildirirəm.

Zaqatala rayonunun Danaçı kənd sakini Mədinə Davudova bu fikirləri AzərTAc-a müsahibəsində bildirmişdir.

Kənd müəllimi demişdir ki, keçən əsrin 30-cu illərində inşa edilmiş əvvəlki məktəb binası tam yararsız vəziyyətdə idi. İndi isə müəllimlər geniş, işıqlı, hər cür şəraiti olan müasir məktəbdə dərs deyəcəklər. Bu, məsuliyyətimizi daha da artırır. Biz göstərilən bu diqqət və qayğıya cavab olaraq daha səylə çalışacaq, təlimin keyfiyyətini daha da yaxşılaşdıracaq, Vətənə layiqli gənclər yetişdirəcəyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında