Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında filmin çəkilişləri başa çatıb

Tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında filmin çəkilişləri başa çatıb.

Tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında filmin çəkilişləri başa çatıb. Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi APA-ya bildirib ki, 1 milyon avroya başa gələn film hələlik yalnız alman dilindədir.

 “Əsəd bəyin əzabları” adlı iki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. N.Atəşi bildirib ki, “Berlin Um Velt Film” studiyasının çəkdiyi, Ralf Marşallekin rejissoru olduğu filmin 20 dəqiqəlik hissəsini bir neçə il əvvəl Azərbaycana gətirib: “Filmin 20 dəqiqəlik hissəsi həmin vaxt ”Azərbaycanda Almaniya mədəniyyəti ili" çərçivəsində “Kapellhause”da nümayiş etdirildi. Filmin adı ilkin olaraq “Aslanın adı ilə” qoyulmuşdu, yekunda “Əsəd bəyin əzabları” adı üzərində dayandıq". 

 Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi, Berlin Mədəniyyət Fondu, Neapol Film Kampaniyası Komissiyası və digər beynəlxalq qurumlar maliyyələşdirib.

Filmdə Məhəmməd Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması - “Sevgidən bixəbər kişi” romanından, Azərbaycana olan sevgisi, Vətən həsrəti, öz Vətənində ona edilən haqsızlıqlardan bəhs edilir, yazıçının çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadrarxası səslərlə verilir.

 Məhəmməd Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, bestsellerə çevrilmiş “Əli və Nino” romanının yazıldığı Vyana ilə bağlı xatirələri, nəhayət, İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzilində ağır xəstəliyə və dözülməz ağrılara baxmayaraq, ölüm yatağında son romanının yazıldığı şərait də ekran əsərində geniş əksini tapmışdır.

 Filmdə əsas rollardan birində çəkilən, Əsəd bəyin Avropada ilk azərbaycanlı tədqiqatçısı  olan N. Atəşi filmin Azərbaycanın milli-mənəvi irsinə çevriləcəyinə əminliyini bildirib.

 O, eyni zamanda qeyd edib ki, film Azərbaycan, rus və ingilis dillərinə çevrilərək geniş tamaşaçı kütləsinə təqdim edilərsə, Əsəd bəyə beynəlxalq bəraət verilməsində, xalqının onu daha yaxşı tanımasında, dərk etməsində və sevilməsində böyük rol oynaya bilər.

 N. Atəşi deyib ki, Məhəmməd Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı “Əli və Nino” romanı əsasında hazırda “Oskar” mükafatının qalibi Kristofer Hampton tərəfindən film çəkilir. Prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan filmin MDB ölkələri üçün istifadə hüququ çəkilişlərdə yaxından iştirak etmiş Almaniyada fəaliyyət göstərən N. Gəncəvi adına Mədəniyyət İnstitutuna aiddir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • 20-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi

    20-ci Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi

  • Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı

    Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı

  • “Əsrin müqaviləsi” – 20

    “Əsrin müqaviləsi” – 20

  • Azərbaycan idmançıları Qırğız Respublikasında “Köçərilərin I Ümumdünya Oyunları”nda iştirak edirlər

    Azərbaycan idmançıları Qırğız Respublikasında “Köçərilərin I Ümumdünya Oyunları”nda iştirak edirlər

  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

Çox oxunanlar



Təqvim

Hava haqqında