Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

40-a yaxın mənzil sahibinə çıxarışlar verilib

"Kütləvi çıxarış” kampaniyasının bu dəfəki ünvanı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binası olub. Bina sakinlərinə yaşadıqları ünvanda mənzillərinə dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil qeydiyyat ofisləri vasitəsi ilə bir girişli 16 mərtəbəli binada yaşayan 40-a yaxın mənzil sahibinə çıxarışlar verilib. Həmçinin 60-a yaxın sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edildi. Kampaniya çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı proseduralar və qanunvericiliyin tələbləri ilə bağlı  hüquqi yardımlar da göstərildi.

Qeyd edilməlidir ki, respublika üzrə yeni inşa edilmiş çoxmərtəbəli binalarda mənzillərə dair çıxarışların verilməsi çox sadə proseduralarla həyata keçirilir. Hər hansı belə bir binanın istismara qəbul icazəsi olduğu təqdirdə, mənzil sahibləri tikinti kooperativi ilə imzalanmış protokoldan çıxarışı və maliyyə arayışını reyestr xidmətinin ərazi ofislərinə təqdim etməklə çıxarışlarını ala bilərlər. Həmçinin, hər hansı bir yeni inşa edilmiş binalarda mənzil alarkən, öncədən elektron qaydada bu binada yerləşən mənzillərin çıxarışının olmasını öyrənmək imkanları yaradılıb. Bu məlumatları çox rahat prosedurla Əmlak Məsələləri Dövlət  Komitəsinin www.e-emdk.gov.az elektron xidmətlər portalından əldə etmək mümkündür.  Belə kampaniyaların vətəndaşların ünvanlarında keçirilməsi onlar üçün daha optimal şərait yaradır.

Ümumiyyələ, paytaxtla yanaşı, ölkənin digər şəhərlərində yerləşən 30-a yaxın yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binalarında belə çıxarış kampaniyaları keçirilmiş, vətəndaşlara ünvanlarda çıxarışlar təqdim edilmişdir.  

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

1 Dekabr 2018 12:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə