Ən son xəbərlər

Son buraxılış
Arxiv

V.Putinlə E.Makron Suriyadakı vəziyyəti müzakirə ediblər

V.Putinlə E.Makron Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Strateq.az xəbər verir ki, liderlərin görüşü Argentinada keçirilən G20 sammiti çərçivəsində baş tutub.

“Təbii ki, bizim müzakirə və birlikdə üzərində işləməli olduğumuz hələ çox şey var. G20 zirvəsi münasibətilə bu gün sizinlə söhbət etmək üçün yaranmış bu fürsətdən çox məmnunam”, – deyə Putin bildirib

Makron öz növbəsində bu fürsətin xüsusilə Suriyadakı vəziyyətə aid olduğunu deyib: “Xüsusilə, bu, Suriydakı vəziyyətə aiddir. Biz İstanbulda çox faydalı görüşlərdən sonra vəziyyətin dəyişdiyini gördük. Xüsusilə son bir neçə gün əvvəl baş vermiş hadisələri nəzərə alsaq, bu, eynilə Ukraynadakı vəziyyətə də aiddir”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 Dekabr 2018 11:48 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin