Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanın yeni seçilmiş Prezidenti zati-aliləri xanım Salome Zurabişviliyə

Gürcüstanın yeni seçilmiş Prezidenti zati-aliləri xanım Salome Zurabişviliyə

Hörmətli xanım Zurabişvili!
Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm. 
Hörmətlə, 

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il

30 Noyabr 2018 23:02 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə