• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzəryanı ölkələr dostluq və əməkdaşlıq yolunu seçdilər

Xəzəryanı ölkələr dostluq və əməkdaşlıq yolunu seçdilər

Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri regionda sabitliyin və təhlükəsizliyin mühüm amilidir və bu, hüquqi aktlarla müəyyən olunur. 
Azərbaycan bu əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Həmin sənədə əsasən Xəzəryanı dövlətlərin dənizdə əməkdaşlığının əsas prinsipləri müəyyənləşdirilmişdir. Bu prinsiplər 2018-ci il avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev həmin toplantıdakı çıxışında bidirmişdir: “Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi onun dibinin və səthinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq tərəflər arasında sektorlara bölünməsi prosesinin başa çatdırılmasına kömək edəcəkdir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlərin böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək istərdim”.
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır. 2017-ci ilin oktyabr ayında Bakıda Bakı—Tbilisi--Qars dəmir yolunun açılışı olub. Ötən il bu marşrutla 191, cari ilin 6 ayı ərzində isə 1400-ə yaxın konteyner daşınıb. Ötən il Şimal--Cənub marşrutu üzrə Azərbaycan ərazisindən 1700 ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınmışdır. Bu isə yükdaşıma həcminin ötən illə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükdaşırma qabiliyyəti 15 milyon tondur. Amma tranzit yüklərin həcmi artarsa, limanın imkanları 25 milyon tona çatdırıla bilər. Dənizdə qanunsuz fəaliyyətin profilaktikası və aradan qaldırılması üzrə birgə tədbirlər həyata keçirilir.
 Dövlət başçılarının V Zirvə toplantısında beş sahil ölkəsi Xəzərin hüquqi statusuna dair Konvensiyanı imzalamaqla dostluq və əməkdaşlıq yolunu seçdi.
Teymur ZEYNALOV, 
iqtisad elmləri namizədi, dosent

13 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin