Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu 2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu  2018-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir

“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturanın yaradılması və doktoranturaya qəbul Qaydalarına” uyğun olaraq aşağıdakı ixtisaslar üzrə qəbul aparacaqdır:
- sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə);
- elektrotexniki sistemlər və komplekslər;
- elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər;
- istilik elektrik stansiyaları (istilik hissəsi);
- sahə iqtisadiyyatı.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• iş yerindən xasiyyətnamə;
• 3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə);
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respunlikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Doktoranturaya sənədlər 2018-ci il dekabrın 3-dən bir ay ərzində qəbul edilir.
Qəbul imtahanları 2019-cu ilin yanvar ayında keçiriləcəkdir.
Qəbul olunanlar yataqxana ilə təmin edilmirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim olunur:
• ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
• kadrların şəxsi-qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• 3 ədəd fotoşəkil ( 3x4 sm ölçüdə);
• iş yerindən xasiyyətnamə;
• əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı;
• fəlsəfə doktoru və ya elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
Doktoranturaya sənədlər 2018-ci il dekabrın 3-dən qəbul edilir.
Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu
Ünvan: AZ1012, Zərdabi prospekti 94,
əlaqə telefonu – 431 – 61 -94.

30 Noyabr 2018 22:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Noyabr 2019 | 09:50
B İ L D İ R İ Ş
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:04
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:03
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə