Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidməti UNEC tələbələrinin uğurlu karyerasına dəstək göstərəcək

Dövlət Məşğullu Xidməti (DMX) və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Karyera planlaması” təlimlərinə start verilib.

Layihənin təqdimat mərasimində Bakı şəhər Məşğulluq İdarəsinin rəisi Elnur Əliyev, rəis müavini Fatimə Ələkbərova, DMX-nin əməkdaşları Fuad Mehdizadə, Leyla Rzayeva və təlimçilər iştirak edib. E.Əliyev təlimlərin tələbələrə uğurlu karyera qurmaları baxımından faydalı olacağını bildirərək, insan kapitalının potensialının artırılması və gənclərin rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsi istiqamətində UNEC ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov tələbələrə göstərilən dəstəyə görə DMX-nin rəhbərliyinə təşəkkürünü bildirib. O, 3 həftə boyunca keçiriləcək təlimlərdən sonra tələbələrin iş müsahibəsinə tam hazır olacaqlarına və potensial namizəd kimi dəyərləndiriləcəklərinə əminliyini ifadə edib.

DMX-nin peşəkar mütəxəssisləri və biznes nümayəndələrinin iştirakı ilə keçiriləcək təlimlər 3 həftə davam edəcək. Həftədə 4 dəfə təşkil olunacaq təlimlərdə iştirakçılara bacarıqların təhlili, karyera planlaması, motivasiya, özgüvən, GZİT təhlilinin təqdimatı, komanda işinin qurulması, zamanın idarə edilməsi, iş axtarma yolları, CV tərtibatı, tövsiyə və istək məktublarının yazılması barədə praktik biliklər aşılanacaq. Təlimlərin yekununda iştirakçılarla şirkət nümayəndələrinin görüşü keçiriləcək. Müsahibələrdən uğurla keçən tələbələr təcrübə proqramlarını və iş təkliflərini dəyərləndirmək imkanına sahib olacaqdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Noyabr 2018 17:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə