Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İSESCO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyası keçirilib

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edib. Bəhreyn Krallığının Manama şəhərində  təşkil olunan sessiya çərçivəsində Bəhreyn Krallığının Muharraq şəhərinin 2018-ci il üçün Ərəb regionu üzrə “İslam mədəniyyətinin paytaxtı” kimi qeyd edilməsi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Bu barədə  Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə İSESCO-ya üzv ölkələrin mədəniyyət nazirləri, nazir müavinləri, İslam Əməkdaşlıq Təşkilatı, həmin təşkilatın İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (İRCİCA), İCCROM kimi təşkilatların rəhbər şəxsləri iştirak edib.

Qeyd edək ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə “İslam Mədəniyyəti Paytaxtı” elan olunmuşdu.

İSESCO mədəniyyət nazirlərinin İslam Konfransının növbədənkənar sessiyasının açılış mərasimindən sonra “Muharraq – İslam Mədəniyyəti Paytaxtı 2018” medalının təqdimatı keçirilmişdir.

Tədbirdə  İslam dünyasında mədəni inkişaf üzrə Məşvərətçi Şuranın 16-cı sessiyasının hesabatı, Əl Qüds Əl Şərifdə bəşəri və mədəni irsin qorunması məsələsinə beynəlxalq dəstəyin təşviqi üzrə Fəaliyyət Proqramının layihəsi, ekstremizm, sektarianizm və terrorizmə qarşı mübarizə məqsədilə birgə fəaliyyətin gücləndirilməsinə dair “Manama prosesi” layihəsi təsdiq olunub və təşkilata üzv ölkələrin milli hesabatları dinlənilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Noyabr 2018 17:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə