Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Analitik Mərkəzinin rəhbəri: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur

Ukrayna Analitik Mərkəzinin rəhbəri: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur

Aktauda Xəzəryanı dövlətlərin başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar açacaq. 
Məxsusi açıqlamasında Ukrayna Analitik Mərkəzinin rəhbəri Aleksandr Oxrimenko deyib.
O qeyd edib ki, 22 ildən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi böyük uğurdur. Artıq Xəzəryanı ölkələrin təbii qazının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropa dövlətlərinə çatdırılması üçün geniş perspektivlər açılıb. Bu, Azərbaycan və Orta Asiya ölkələrinin iqtisadiyyatının inkişafı və rifahının daha da artırılması üçün çox faydalı olacaq.
Emil Hüseynli,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

13 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin