Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
“AZ TV” QSC-nin bina və tikililərinin, həmçinin ərazisinin dezinfeksiya işlərinin satınalınması.
 Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M. Hüseyn küçəsi, 1 nömrəli (əlaqələndirici şəxs- İlham Mirzəyevdən , telefon- 492-78-51) ünvandan ala bilərlər.
İştirak haqqı 200 manatdır.
 Bank rekvizitləri:
H/h: AZ33CTRE00000000000004048501
VÖEN: 9900062371
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
Kod:  210005
VÖEN: 1401555071
M/h:AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T CTREAZ22
 D-3 Büdcə təsnifatı kodu -142340
 D-4 Fond-7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların nəzərinə çatdırılır ki, tender təklifində görüləcək işlərin dəyəri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitariya və epidemiologiya işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan qiymətlərə uyğun olmalıdır.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 8 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17 yanvar 2019-cu il saat 17.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 18 yanvar 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi, 1 nömrəli ünvanda açılacaqdır.
 Email: [email protected]
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
 
Tender komissiyası
29 Noyabr 2018 22:40 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Noyabr 2019 | 09:50
B İ L D İ R İ Ş
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:05
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:04
BİLDİRİŞ
21 Noyabr 2019 | 00:03
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə