Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Olimpiadada üçüncü qələbəmiz

Azərbaycanın 16 yaşadək şahmatçılardan ibarət yığma komandası Türkiyənin Konya şəhərində keçirilən Ümumdünya Olimpiadasının 5-ci turunda Sloveniya komandası üzərində qələbə qazanmışdır – 2,5 – 1,5.
Millimiz bu matçda Məhəmməd Muradlı, Kənan Qarayev, Murad İbrahimli və Gövhər Beydullayevadan ibarət heyətlə çıxış etmişdir. Matçda komandamızın müvəffəqiyyətini Məhəmmədlə Gövhərin qələbələri təmin etmişdir.
Beş turdan sonra Azərbaycan komandası 6 xalla turnir cədvəlində 12-ci yeri tutur. Cədvəlin ilk iki pilləsində irəliləyən Belarus və ABŞ yığmaları 
9 xal toplamışlar.
Bu gün keçiriləcək 6-cı turda Azərbaycan şahmatçıları onlar kimi 6 xala malik Ermənistan komandası ilə görüşəcəklər.
Bu arada Londonda Maqnus Karlsenlə (Norveç) Fabiano Karuana (ABŞ) arasında dünya şahmat tacı uğrunda matç başa çatmışdır. On iki klassik görüşdə 12 heç-heçədən sonra norveçli tay-breykdə aşkar üstün ­olduğunu inamla sübuta yetirmiş (3:0) və dünya çempionu adını özündə saxlamışdır.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 

29 Noyabr 2018 22:37 - İDMAN
İDMAN
4 İyul 2020 | 10:03
Zidan Messi haqqında
4 İyul 2020 | 01:21
Rekord yeniləndi
3 İyul 2020 | 15:50
Superkubok ləğv olundu

Köhnə versiyamızdan xəbərləri izlə