Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna və Belarusun aparıcı KİV-ləri Xəzərin statusuna dair Konvensiyanın imzalanmasına geniş yer veriblər

Ukrayna və Belarusun aparıcı KİV-ləri Xəzərin statusuna dair Konvensiyanın imzalanmasına geniş yer veriblər

Ukrayna və Belarusun aparıcı informasiya agentlikləri avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını geniş işıqlandırıblar. 
Ukraynanın ­Ukrinform, UNİAN, Belarusun ­BELTA, Sputnik informasiya agentliklərində yayımlanan məqalələrdə Xəzərin statusunun müəyyənləşdirilməsi tarixi uğur kimi qiymətləndirilib.
Bildirilib ki, Konvensiyaya əsasən, Xəzər dənizində potensial olaraq böyük neft və qaz ehtiyatlarının bölünməsi əksini tapıb. Dövlət başçıları ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.
Xəzər dənizinin enerji ehtiyatları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək.
Emil Hüseynli,
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

13 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin