Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Messidən yeni rekord

“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 2 yeni rekorda imza atıb. Argentinalı forvard PSV-ni səfərdə məğlub etdikləri matçda (1:2) komandasının ilk qolunu vuraraq, “Barselona” formasıyla ÇL-də 106-cı qoluna imza atıb. O, bununla da bir komandayla ÇL-də ən çox qol vuran futbolçu olub.
Qeyd edək ki, bundan əvvəl ÇL-də bir komandayla ən çox qol vuran futbolçu Kriştiano Ronaldo idi. Portuqaliyalı futbolçu “Real” formasıyla 105 qol vurmuşdu.
Messi həm də ÇL-in qrup mərhələsində ən çox qol vuran futbolçu olub. O, turnirin qrup mərhələsinin oyunlarında 66 dəfə fərqlənib.
Xəbəri “Uefa.com” yayıb.

 

Hazırladı: 
Elçin ABBASOV, 
“Xalq qəzeti”

29 Noyabr 2018 22:33 - İDMAN
İDMAN
4 İyul 2020 | 10:03
Zidan Messi haqqında
4 İyul 2020 | 01:21
Rekord yeniləndi
3 İyul 2020 | 15:50
Superkubok ləğv olundu

Köhnə versiyamızdan xəbərləri izlə