Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 506     Bakı şəhəri, 28 noyabr 2018-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1857 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1032; 2014, № 1, maddə 69; 2016, № 2 (II kitab), maddə 361, № 11, maddə 1951; 2017, № 7, maddə 1486; 2018, № 4, maddə 834, № 6, maddə 1366) ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndin ikinci cümləsindən “bu Qaydaların tələbləri nəzərə alınmaqla,” sözləri çıxarılsın və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.”.
2. 1.11-ci bənddə “Bu Qaydaların 2.19-cu bəndində göstərilən hallar istisna olmaqla, sifarişçi” sözləri “Sifarişçi” sözü ilə əvəz edilsin. 
3. 2.8.2-ci yarımbənddən “bu Qaydaların 2.19-cu bəndinin birinci hissəsində nəzərdə tutulan qaydada ETŞ-yə qoşulan tikinti obyektləri istisna olmaqla, digər sifarişçilər üçün” sözləri çıxarılsın.
4. 2.19-2.21-ci bəndlər ləğv edilsin.
5. 2.22-ci bənddə “kVA” vahidi “kVt” vahidi ilə əvəz edilsin.
6. 2.23-cü bənd ləğv edilsin.
7. 2.26.6-cı yarımbənddən “(gücü 7 kVt olan və mövcud 0,4 kV-luq şəbəkədən 50 metr məsafədə yerləşən məişət abonentləri istisna olmaqla)” sözləri çıxarılsın.
8. 2.27.3-cü yarımbənddən “bu Qaydaların 2.19-cu bəndində nəzərdə tutulan tikinti obyektləri istisna olmaqla,” sözləri çıxarılsın.
9. 2.27.4-cü yarımbənd ləğv edilsin. 

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə