Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa səfiri BSU tələbələri qarşısında mühazirə oxuyub

Polşa səfiri BSU tələbələri qarşısında mühazirə oxuyub

Polşanın Azərbaycandakı fövqəladə və səlahəyyətli səfiri Marek Tsalka və xanımı  Malqozata Oldakonska Tsalka Bakı Slavyan Universitetində olublar. Qonaqları qəbul edən BSU rektoru, professor Nurlana Əliyeva  Azərbaycan – Polşa əlaqələrini tarixindən, hazırki vəziyyətindən və perspektivlərindən danışıb. O, BSU-da fəaliyyət göstərən Polşa tədris mədəniyyət mərkəzində gənclərin polyak dili, ədəbiyyatı və mədəniyyətinin tədrisi prosesi və  əldə edilən uğurlar barədə qonaqlara məlumat verib.

Görüş zamanı tələbə-müəllim mübadiləsi və bu sahədəki anlaşmalara da toxunulub. Səmimi qəbula görə təşəkkürünü bildirən polyak səfiri və xanımı Polşa ilə Azərbaycanın tarixən dost ölkələr olduğunu diqqətə çatdırıblar. Səfir Azərbaycan Respublikasının inkişaf tempinə və müasir dəyərlərə münasibətinə görə hətta bir çox Avropa ölkələrini belə qabaqladığını deyib. O, əvəllər də bir çox ölkələrdə səfir işlədiyini xatırladaraq Azərbaycanda yaşayıb, işləməkdən məmnun qaldığını, burada özünü doğma evindəki kimi hiss etdiyini dilə gətirib.

Daha sonra səfir və xanımı Polşa tədris və mədəniyyət mərkəzinin tələbələri qarşısında Polşa tarixi ilə bağlı geniş mühazirə ilə çıxış ediblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 Noyabr 2018 17:40 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə